İlon Mask Bayden haqqında sərt DANIŞDI: "Ölkəni cinayətkarlar üçün sığınacağa çevirib"

 11:09 28.02.2024     280

Amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində bildirib ki, ABŞ miqrasiya problemləri fonunda dünyanın hər yerindən ən təhlükəli cinayətkarların sığınacağına çevrilib.

Redaktor.az xəbər verir ki, Mask əvvəllər də ölkə rəhbərliyini qeyri-qanuni miqrasiyanı fəal şəkildə təbliğ etdiyinə görə tənqid edib.

Onun sözlərinə görə, Co Baydenin administrasiyası sərhədləri qorumaq əvəzinə “qırmızı xalçanı yayır”.

Eyni zamanda, Mask qanuni immiqrasiyanın böyüməsini dəstəkləyir və bunun əleyhinə deyil.

“Şəxsiyyəti təsdiq edən sənədləri atmaq, cənub sərhədini keçmək və “sığınacaq” istəmək bacarığı Amerikanı dünyanın ən təhlükəli cinayətkarlarının sığınacağına çevirib!” ,– deyə Mask yazıb.

Qeyd edək ki, ABŞ-a Baydenin rəhbərlik etdiyi üç il ərzində rekord sayda qeyri-qanuni mühacir qeydə alınıb.

Sultan AYXAN