NATO ölkələrinin xidmət personalı Ukraynada yerləşdirildi
NATO ölkələrinin xidmət personalı Ukraynada yerləşdirilib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, sözügedən hərbi personal Ukrayna Silahlı Qüvvələrinə fəal köməklik göstərir.
M.Zaxarova, həmçinin söyləyib ki, Ukrayna ordusu silah və şəxsi heyət baxımından getdikcə tükənir.
Qeyd edək ki, M.Zaxarova fevralın 21-də NATO-nun birbaşa müharibəyə qoşula biləcəyi barədə xəbərdarlıq etmişdi.