Rusiya ilə NATO müharibənin astanasındadır - Sloveniyalı nazir

 17:23 28.02.2024     252

Rusiya ilə NATO arasında müharibə başlaya bilər.

Redaktor.az xəbər verir ki, bunu Sloveniyanın baş nazirinin müavini və xarici işlər naziri Tanya Fajon “Ukrinform”a müsahibəsində deyib.

O bu barədə səslənən iddialarla razılaşdığını bildirib: “Rusiyanın Ukraynaya hücumunun qonşu ölkələrə yayıla biləcəyi ilə bağlı narahatlığı bölüşürəm. Ona görə də biz sülhü təmin etmək üçün əlimizdən gələni edirik”.

Nazirin sözlərinə görə, Ukraynadakı müharibənin siyasi həllinin tapılması üçün hər cür səyləri ortaya qoymaq lazımdır.

Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır.

Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. NATO-nun Baş katibi Yens Stoltenberq isə Rusiya iqtisadiyyatının uzunmüddətli müharibəyə hazırlandığı barədə açıqlama verib. Həmçinin NATO-nun müdafiə naziri Byorn Arild Qram da Rusiya ilə müharibəyə hazır olmaq barədə xəbərdarlıq edib.Estoniya kəşfiyyatı isə məlumat yaymışdı ki, Rusiya nə qədər lazımdırsa, müharibəni uzatmağa hazırdır. Litva XİN başçısı Qabrielius Landsbergis da Rusiyanın NATO ölkələrinə gözlənilməz hücumu barədə xəbərdarlıq edib. Artıq Rəsmi Moskva da NATO ilə birbaşa toqquşma barədə xəbərdarlıq edib.