İsrail yenidən Livandan hücuma məruz qaldı
İsrailin şimalındakı sərhəd bölgələri Livan ərazisindən atəşə məruz qalıb və İsrail hərbçiləri buraxılış qurğularından birinə hücum edib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Qərbi Qalileydə sirenlər səsləndikdən sonra Livandan İsrailə doğru bir sıra atışlar qeydə alınıb. Mərmilərin bir hissəsi Livanda, digərləri isə İsrail ərazisindəki açıq ərazilərə düşüb. Tələfat barədə məlumat yoxdur", - deyə məlumatda bildirilir.
Yusif EYVAZLI