HƏMAS və İsrail Qəzzaya yardımın çatdırılması ilə bağlı razılığa gəldilər

 22:30 28.02.2024     218

HƏMAS və İsrail Qəzza zolağına humanitar yardımın daşınması ilə bağlı prinsipial razılığa gəliblər. 

Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.

“HƏMAS-la İsrail arasında Qəzzaya humanitar yardımın çatdırılması ilə bağlı prinsipial razılıq əldə olunub”, - Fələstin hərəkatı rəhbərliyinin nümayəndəsi bildirib. 

HƏMAS nümayəndəsi münaqişə tərəfləri arasında bu məsələ ilə bağlı razılaşmaların təfərrüatlarını açıqlamayıb. 

Yusif EYVAZLI