Ukraynalı deputatlar "Telegram"ın qadağan edilməsini təklif etdilər

 23:30 28.02.2024     228

Ukrayna Ali Radasının Söz Azadlığı Komitəsi ölkədə "Telegram"ın qadağan edilməsi ideyasını dəstəkləyib. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Komitənin dəyirmi masasının iştirakçıları “Telegram"ın fəaliyyətini qadağan etməyin yollarını axtarmaq lazım olduğunu bildiriblər. Bu təşəbbüs media ictimaiyyəti, hökumət və ictimai qurumların nümayəndələri tərəfindən dəstəklənib.

Yusif EYVAZLI