Ukraynada lazım olan aylıq yardımın miqdarı açıqlandı

 09:18 29.02.2024     179

"Kiyevin hər ay Qərbdən üç milyard dollara qədər maliyyə yardımına ehtiyacı var".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu Ukrayna maliyyə naziri Sergey Marçenko bildirib.

O, 2024-cü ildə belə bir məbləğin sosial xərclərin təmin edilməsi üçün həyati əhəmiyyət daşıdığını izah edib.

 "Xarici maliyyənin cəlb edilməsində gecikməyə imkan verə bilmərik",- deyə o, xəbərdarlıq edib.

Humay İSGƏNDƏRLİ