Tramp və Orban bu tarixdə görüşəcək
ABŞ-ın keçmiş prezidenti Donald Tramp gələn həftə Macarıstanın baş naziri Viktor Orbanı Floridadakı Mar-a-Laqo malikanəsində qəbul edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Nəşrin məlumatına görə, siyasətçilər martın 8-də görüşəcəklər. Qeyd olunur ki, bu addım keçmiş Amerika liderinin hakimiyyətə qayıtması perspektivi ilə bağlı ABŞ-ın müttəfiqləri arasında narahatlıqları artıra bilər.
Humay İSGƏNDƏRLİ