Şolsla Makronu bir-birinə düşmən edən SƏBƏB
"Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında Ukraynaya yardımla bağlı fikir ayrılığı Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatları fonunda açıq düşmənçiliyə çevrilir".
Redaktor.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Aİ Ukraynanı orta və uzaq mənzilli raketlərlə təchiz edən “dərin zərbələr üçün doqquzuncu koalisiya” yaratmağa razılaşıb. O, həmçinin bildirib ki, Fransa Rusiyanın “bu müharibədə qalib gəlməsinin” qarşısını almaq üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Qərb ölkələrinin liderləri Ukraynaya qoşun yeritmək imkanlarını müzakirə ediblər, lakin hələlik konsensus əldə olunmayıb.
Makronun açıqlamalarından qısa müddət sonra Almaniya kansleri Olaf Şolts və müdafiə naziri Boris Pistorius Almaniyanın Ukraynaya qoşun göndərməyəcəyini, Şolts isə NATO ölkələrinin bütövlükdə bunu etməyəcəyini vurğulayıb. Bundan əlavə, kansler bir daha bəyan edib ki, Ukraynaya uzaqmənzilli “Taurus” qanadlı raketləri göndərmək planları yoxdur.
Həmidə İBRAHİMLİ