Fransa parlamentindən Makronun impiçmenti TƏLƏB EDİLDİ
Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo fevralın 28-də Qərb ölkələrindən Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatlarından sonra parlamentdən prezident Emmanuel Makronun impiçmentini tələb edib. Filipponun fikrincə, Makron öz hərəkətləri ilə nəinki Fransanı Ukrayna münaqişəsinə sürükləyə, həm də üçüncü dünya müharibəsinə başlaya bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Filippo "X" sosial şəbəkəsində məlumat verib.
"Parlamentarilərin nəhayət hərəkətə keçmələri üçün milli petisiya!" - Filippo müvafiq petisiyanı paylaşıb.
Qeyd edək ki, fevralın 26-da Makron Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlayıb. Onun təklifi təkcə Fransanın özündə deyil, beynəlxalq aləmdə də tənqidlə üzləşib. Xüsusilə, Fransa liderinin bəyanatı ABŞ, Polşa, Çexiya, Slovakiya, İsveç, Böyük Britaniya, Almaniya, Litva və Kanadada dəstəklənməyib. İtaliyanın xarici işlər naziri Antonio Tajani də buna qarşı çıxıb. Bundan əlavə, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq belə planların olmadığını bəyan edib.
Sultan AYXAN