Rusiya razılaşdı: "Türkiyədə Ukrayna ilə danışıqlara hazırıq"
Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır.
Redaktor.az Rusiya KİV-lərə istinadən xəbər verir ki, bunu 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
“Əgər bu istiqamətdə tapşırıq verilərsə, Türkiyəyə gedərik”, - o vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva və Kiyevə danışıqlar platforması təklif etdiyini xatırladıb. O qeyd edib ki, hər iki tərəfin danışıqlarda iştirakı Ukraynada sülh təşəbbüslərinin uğurlu olması üçün zəruri şərtdir.