Rusiya Ukraynada xəstəxana və fərdi evlərə havadan bomba atdı

 19:12 29.02.2024     253

Rusiya Federasiyası fevralın 29-u cümə axşamı səhər Donetsk vilayətinin Nikolaevka şəhərinin yaşayış sahəsinə KAB-500 hava bombası atıb.

Redaktor.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarənin bildirdiyinə görə, Rusiyanın hücumu nəticəsində 8 fərdi yaşayış evi, xəstəxana, qaraj və iki mülki avtomobil dağıdılıb. Qaz kəmərinə və elektrik şəbəkələrinə də ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

Xilasedicilər və bütün zəruri xidmətlər hadisə yerində olub. Polis Rusiya zərbəsinin nəticələrini sənədləşdirib.

Turan İSMAYIL