Makron Mbappe ilə şam yeməyində nədən danışdığını açıqladı
Fransa Prezidenti Emmanuel Makron Qətər əmirinin rəsmi səfəri münasibətilə təşkil olunan şam yeməyində PSJ-nin və milli futbol komandasının hücumçusu Kilian Mbappe ilə söhbətinin məzmununu açıqlayıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Makron futbolçu ilə gələcəyini müzakirə etmədiyini və onu PSJ-də saxlamağa çalışmadığını bildirib.
"Düşünürəm ki, bütün fransızlar bu böyük oyunçuya heyrandırlar", - deyə prezident qeyd edib.
Şam yeməyi fevralın 27-də baş tutub. 25 yaşlı futbolçu görüşə dəvət olunan yeganə aktiv idmançı olub.
Yusif EYVAZLI