İsraildə bir gündə dördüncü hava hücumu XƏBƏRDARLIĞI

 20:25 29.02.2024     251

İsrailin şimalında bir gündə dördüncü dəfə raket atəşi təhlükəsi ilə bağlı hava xəbərdarlığı elan edilib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"İsrailin şimalında sirenlər səslənib", - məlumatda deyilir.

Bu, fevralın 29-u səhər saatlarından bəri İsrailin şimalında dördüncü hava hücumu xəbərdarlığıdır.

Yusif EYVAZLI