Tramp Baydeni əqli qabiliyyət testindən keçməyə çağırır

 21:05 29.02.2024     299

ABŞ-nin keçmiş prezidenti Donald Tramp  Ağ Evin rəhbəri Co Baydeni əqli qabiliyyət imtahanından keçməyə çağırıb.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

“Korrupsioner Co Bayden kəşfiyyat testindən keçməlidir. Bəlkə bu yolla onun niyə belə pis qərarlar verdiyini öyrənə bilərik”, – o yazıb.

Tramp özünün iki dəfə səhvsiz testlərdən keçdiyini vurğulayıb. Siyasətçi əmindir ki, bütün prezidentlər, eləcə də dövlət başçısı postuna namizədlər mütləq belə sınaqlardan keçməlidirlər.

Yusif EYVAZLI