Xərçənglə mübarizə aparan "TikTok" ulduzu vəfat etdi

 21:44 29.02.2024     363

Xərçənglə mübarizə aparan "TikTok" ulduzu müğənni Kat Cenis xəstəliyin öhdəsindən gələ bilməyib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə ailəsi "instagram"da paylaşım edib.

"Bu səhər sevimli ailəsinin əhatəsində Kat dinc şəkildə səmavi yaradıcısının işığına və sevgisinə getdi", - müğənninin səhifəsində dərc olunan yazıda deyilir.

Sənətçinin ailəsi həyatının son aylarında aldığı sevgiyə görə pərəstişkarlarına təşəkkür edib.

Yusif EYVAZLI