"Rusiya ilə NATO arasında müharibəyə imkan verməyəcəyik" - Şolz
Almaniya kansleri Olaf Şolz Almaniya və NATO qoşunlarının Ukraynaya göndərilməsini istisna edib.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
“Biz müharibənin genişlənməsinə, yəni Rusiya ilə NATO arasında müharibəyə imkan verməyəcəyik. Ukrayna torpaqlarında nə alman hərbçiləri, nə də NATO əsgərləri olacaq və mən buna sadiq qalıram" , - Şolz Drezdendə vətəndaşlarla dialoq zamanı bildirib.
Yusif EYVAZLI