Makronun bu açıqlaması Rusiyaya güclü siqnal idi

 09:42 01.03.2024     226

"Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı Qərb qoşunları ilə bağlı açıqlamasının məqsədi Rusiyaya güclü strateji siqnal göndərmək olub".

Redaktor.az "Politico"ya istinadən xəbər verir ki, Fransa rəsmiləri siyasətçinin sözlərini belə əsaslandırıblar.

Qəzetin mənbələri bildiriblər ki, Fransa liderinin şərhləri Qərb güclərini gücləndirmək və Rusiyanın qələbəsinin qarşısını almaq üçün nə etmək lazım olduğuna dair müzakirələri qızışdırmaq məqsədi daşıyıb.

Humay İSGƏNDƏRLİ