Kobaxidze hökumət administrasiyasının rəhbərini işdən çıxardı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Revaz Cavelidzenin hökumət administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Redaktor.az xəbər verir ki, müvafiq sənəd ölkə hökumətinin saytında dərc olunub.
Sərəncamda deyilir: “Revaz Cavelidze 2024-cü il martın 1-dən Gürcüstan hökuməti administrasiyasının rəhbəri vəzifəsindən azad edilsin”.
Kobaxidze digər sərəncamla administrasiya rəhbərinin müavinini strukturun rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib.
Qeyd edək ki, Revaz Cavelidze 2022-ci ilin mayında keçmiş baş nazir İrakli Qaribaşvili tərəfindən hökumət administrasiyasının rəhbəri təyin edilib.
Turan İSMAYIL