"Son dərəcə məsuliyyətsiz bəyanatdır" - Peskovdan Pentaqon rəhbərinə REAKSİYA

 14:06 01.03.2024     207

Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın məğlubiyyəti halında NATO ilə Rusiya Federasiyası arasında birbaşa toqquşma ehtimalından danışarkən son dərəcə məsuliyyətsiz açıqlama verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bu, son günlər eşitdiyimiz daha bir son dərəcə məsuliyyətsiz bəyanatdır. Biz Avropanın bir sıra paytaxtlarından, indi də xaricdən gələn son dərəcə məsuliyyətsiz bəyanatları eşidirik. Bu bəyanatlar gərginliyin daha da artmasına gətirib çıxarır, baxmayaraq ki, gərginliyi daha da artıracaq yer yoxdur”, - deyə Kreml sözcüsü bildirib.

Pentaqon rəhbərinin sözlərinin Rusiya Federasiyası ilə ABŞ arasında strateji sabitliyə dair danışıqların olmayacağına dair siqnal olub-olmadığı sualına cavab olaraq Peskov qeyd edib: “Ostinin bəyanatında bu barədə heç nə deyilməyib”.

Kreml hesab edir ki, NATO ilə Rusiya Federasiyası arasında toqquşma ehtimalı ilə bağlı Qərbin bəyanatları alyansın de-fakto Ukraynanı öz ərazisi hesab etdiyini göstərir.

Turan İSMAYIL