"NATO de-fakto Ukraynanı öz ərazisi hesab edir" - Kremldən AÇIQLAMA
Ukraynanın məğlubiyyəti halında Rusiya ilə NATO arasında hərbi toqquşma ehtimalı ilə bağlı Qərbin bəyanatları alyansın Ukraynanı öz ərazisi hesab etdiyini göstərir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əsas odur ki, onlar (Qərbdən gələn bəyanatlar - red.) faktiki olaraq NATO-nun dünyagörüşünü nümayiş etdirirlər. NATO Ukraynanı öz ərazisi hesab edir. Bu, Rusiya Federasiyasının gördüyü işlərin mütləq düzgünlüyünü, "xüsusi hərbi əməliyyat"ın düzgün və əsaslı olduğunu bir daha vurğulayır” - Kreml nümayəndəsi bildirib.
Turan İSMAYIL