ABŞ ilk F-16-ları Slovakiyaya təhvil verdi

 16:55 01.03.2024     245

ABŞ respublikanın aldığı 14 F-16 səsdən sürətli döyüş təyyarəsindən ilk 2-sini Slovakiyaya təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə dennik.sk xəbər portalı məlumat yayıb.

Təyyarənin rəsmi təhvil verilmə mərasimi bu həftə ABŞ-də baş tutub. Tədbirdə Slovakiyanın müdafiə naziri Robert Kaliniak iştirak edib. Portalın məlumatına görə, bir il əvvəl Bratislava tərəfindən Kiyevə hədiyyə edilmiş səsdən sürətli MiQ-29 qırıcılarını Slovakiya Hərbi Hava Qüvvələrində əvəz edəcək Amerika qırıcıları respublikanın qərb hissəsindəki Kuxynya hərbi aerodromunda yerləşdiriləcək.

Kaliniak bu yaxınlarda Slovakiyanın əlavə F-16-lar alacağını istisna etməyib. Onun sözlərinə görə, bu qırıcılardan daha dördünün alınması məsələsinə baxılır. Beləliklə, respublikanın Hərbi Hava Qüvvələrində onların sayı 18-ə çatacaq.

Turan İSMAYIL