SEPAH zabiti İsrail PUA-sı ilə məhv edildi

 17:13 01.03.2024     298

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) zabitlərindən biri Rza Zarai İsrailə məxsus pilotsuz təyyarənin Suriyanın Baniyas şəhərinin kənarındakı bir evə hücumu nəticəsində həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, Reza Zaraei Hörmüzqan əyalətindən olub və SEPAH-ın dəniz bölməsində xidmət edib.

Bundan əvvəl “Əl Hadath” telekanalı İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Suriyanın Baniyas limanının kənarında (Dəməşqdən 260 km məsafədə) şiə döyüşçülərinin yataqxanasına endirdiyi zərbə nəticəsində bir şiə döyüşçünün həlak olduğunu bildirib.

Turan İSMAYIL