Rusiya Afrikada neft və qaz axtarmağa hazırlaşır
"Rusiya neft və qaz yataqlarının kəşfiyyatı məsələlərində Nigeriya ilə əməkdaşlığa hazırdır".
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov bu ölkədən olan həmkarı Ekperikpe Ekpo ilə görüşdə bildirib.
“Rusiya şirkətləri Nigeriyada karbohidrogen yataqlarının axtarışı və kəşfiyyatı və dənizdə seysmik kəşfiyyat işlərinin aparılması üçün öz xidmətlərini təklif etməyə hazırdır”, - Şulginov bildirib.
Yusif EYVAZLI