Məşhur geyim mağazaları şəbəkəsi Ukraynada işini bərpa edir
"Zara" və "Bershka" brendlərinin sahibi olan İspaniyanın "Inditex" geyim mağazaları şəbəkəsi Ukraynada fəaliyyətini tədricən bərpa etməyi planlaşdırır.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
Təxminən iki il əvvəl dayandırılan işlərin bərpası aprelin 1-dən başlayacaq.
Rusiya Federasiyasında 500-dən çox mağazası olan "Inditex", 2022-ci ilin mart ayının əvvəlində Ukrayna-Rusiya müharibəsi səbəbiylə fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlib.
Yusif EYVAZLI