İsveçrə Aİ-nin Rusiyaya qarşı 13-cü sanksiyalar paketinə qoşuldu

 20:54 01.03.2024     352

İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketində yer alan anti-Rusiya tədbirlərinə qoşulub. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

"29 fevral 2024-cü il tarixində sanksiyalara cavabdeh olan Federal İqtisadiyyat, Təhsil və Tədqiqatlar Departamenti Rusiyaya qarşı yeni tədbirlər görüb. Beləliklə, İsveçrə Aİ-nin 13-cü sanksiyalar paketinə qoşulur", - mesajda deyilir. 

Tədbirlər 2024-cü il martın 1-də yerli vaxtla saat 18:00-da qüvvəyə minir. 

Yusif EYVAZLI