Hakan Fidan Mirzoyanla nələri müzakirə etdi...

 21:45 01.03.2024     333

Türkiyə və Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan Antalyada keçirilən diplomatik forum çərçivəsində görüşüblər.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş zamanı ölkələr arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.

Tərəflər münasibətlərin tam nizamlanmasına nail olmağa hazır olduqlarını təsdiqləyib. Onlar bu istiqamətdə konkret addımlar barədə də fikir mübadiləsi aparıb.