Avropa İttifaqı bu ölkəyə 2 milyard avro ayırdı
Avropa İttifaqı Macarıstan üçün öz vəsaitlərindən təxminən 2 milyard avronu dondurub.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Stefan de Keersmaeker məlumat verib.
O qeyd edib ki, Macarıstan təhsil və gender bərabərliyi ilə bağlı şərtləri yerinə yetirdikdən sonra vəsait ayırmaq qərarına gəlib.
Bundan əlavə, ötən il dekabrın 13-də Aİ ərazilərin inkişafı üçün istifadə olunacaq birlik fondundan Macarıstana 10,2 milyard avro köçürəcəyini açıqlayıb.
Yusif EYVAZLI