Məşhur dizayner vəfat etdi - FOTO
Amerikalı dizayner, kolleksiyaçı, dekor kraliçası və stil ikonası Ayris Apfel ABŞ-nin Florida ştatında 102 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, xəbər verir ki, dizaynerin ölümü barədə məlumat onun instaqram səhifəsində verilib.
Agentlik qeyd edib ki, Apfel parça mütəxəssisi olub. Onun əri ilə birlikdə qurduğu “Old World Weavers” şirkəti tekstil ticarəti və restavrasiya işlərində ixtisaslaşıb. Onun sifarişlərinə Ağ evdə bir neçə layihə daxildir.
Bununla belə, Apfel 2005-ci ildə Nyu-York Metropolitan İncəsənət Muzeyindəki sərgisi sayəsində məşhurlaşıb.