İrəvanın mərkəzində silahlı basqın
İrəvanda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub.
Redaktor.az shamshyan.com-a istinadən xəbər verir ki, iki maskalı şəxs səhər saatlarında Arşakunyats prospektində Şenqavit Rayon Məhkəməsinin binası yaxınlığındakı yanacaqdoldurma məntəqəsinin işçilərinə hücum edib. Onlar müqavimət göstəriblər, nəticədə iki işçi güllə yarası alıb.
Həmin şəxslər hadisə yerindən qaçıblar və polis onları axtarır.