Yardım paketləri Qəzzaya havadan səpildi - VİDEO
ABŞ Qəzzaya ilk yardım paketini havadan atıb.
Redaktor.az xəbər verir ki, ilk çatdırılma ABŞ prezidenti Co Baydenin Qəzzaya hava yardımı ediləcəyini açıqlamasından sonra baş tutub.
Məlumata görə, Amerika Qəzzaya 3 təyyarə ilə hava yardımı göndərib. Səlahiyyətlilər, yardımın 35 mindən çox yeməkdən ibarət olduğunu bildirib.
Xatırladaq ki, 2023-cü ilin otyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 13 min 230-u uşaq, 8 min 860-ı qadın olmaqla 30 mindən çox fələstinli həlak olub, 71 min 533 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.