Qəzza zolağında bir gündə ən azı 90 nəfər ölüb

 15:26 03.03.2024     209

İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif ərazilərini bombalaması və atəşə tutması nəticəsində son 24 saat ərzində ən azı 90 nəfər ölüb, 180-ə yaxın adam yaralanıb.

Redaktor.az xəbər verir ki, bu məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi verib.

Qəzza Səhiyyə Nazirliyinin rəsmi Telegram kanalında yayımladığı bəyanatda deyilir: “Son 24 saat ərzində 90 nəfər ölüb, daha 177 nəfər yaralanıb”.

Nazirlik həmçinin vurğulayıb ki, “ötən ilin oktyabrından bəri qurbanların ümumi sayı 30 410 nəfərə çatıb, daha 71 700 nəfər yaralanıb”. Ölənlərdən bəzilərinin cəsədləri dağıntılar altında qalıb, həkimlər və xilasedicilər onlara hələ çata bilmir.