Hakan Fidan ABŞ-yə səfər edəcək
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-yə səfər edəcək.
Redaktor.az xəbər verir ki, nazir bu barədə, Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək.
“Gələn həftə həmkarım, dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-yə səfər planlaşdırılır”.