Bu ölkədə zəlzələ həyəcan YARATDI
Martın 4-də səhər saatlarında Qazaxıstanın Almatı şəhərində zəlzələ qeydə alınıb.
Redaktor.az "izvestiya"ya istinadən xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“4 mart 2024-cü il tarixində saat 11:22-də zəlzələ qeydə alınıb”, - deyə idarənin teleqram kanalında bildirilir.
Qeyd edilir ki, yeraltı təkanların episentri Almatıdan 31 km cənubda yerləşir, yeraltı təkanlar 5 bal gücündə hiss olunur.
Fövqəladə Hallar Nazirliyi sakinləri təşvişə düşməməyə və tərəddüd başa çatdıqdan sonra yaxınlıqdakı qəbul məntəqələrinə getməyə çağırıb.