PKK-nın rəhbərlərindən daha biri MƏHV EDİLDİ
Türkiyə Milli istihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində PKK-nın "rəhbər" şəxslərindən olan Gülsün Silgiri öldürüb.
Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, oldürülən şəxsin PKK-nın sözdə gənclərin strukturlaşdırılması üzrə rəhbər şəxslərdən biri olduğu bildirilir.
Qeyd olunub ki, onun terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanıb. G.Silgir 2011-ci ildən etibarən aksiyalarda iştirak edərək gəncləri aldadıb təşkilata cəlb edirmiş.