İranda nüvə bombası yaradılır? - MAQATE rəhbərindən AÇIQLAMA
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi İranın nüvə bombası hazırlaması barədə məlumatı olmadığını deyib.
Redaktor.az-ın TASS-a istinadən məlumatına görə, o, Vyanada mətbuat konfransında deyib ki, İranın özünü silahlandırdığına dair heç bir dəlil və ya əlamət yoxdur.
Qrossi əlavə edib ki, bu, nüvə silahı olmayan yeganə ölkədir ki, uranı 60%-ə qədər zənginləşdirir və ehtiyatlarını yaradır. "Bu, çox yüksək səviyyədir. Onların bunu etmək hüququ var. Eyni zamanda, yoxlama sistemi də olmalıdır", - o deyib.
Xatırladaq ki, fevral ayında agentlik İranın demək olar ki, silah dərəcəli uran ehtiyatının azaldığını və bu ehtiyatı üç atom bombası istehsal edə biləcək nəzəri həddən aşağı saldığını bildirib. Sonrakı zənginləşdirmə ilə (90%-dən çox) uran nüvə silahı yaratmaq üçün istifadə edilə bilər.
Turan İSMAYIL