Sırski Zelenskiyə hesabat verdi
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna Prezidenti Volodimir Zelenskiyə qoşunların vəziyyəti ilə bağlı hesabat təqdim edib.
Redaktor.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.
"Mən baş komandandan əsas istiqamətlərdə əməliyyat vəziyyəti, silahlı qüvvələrin auditi, briqadaların rotasiyası və onların sərhədləri daxilində şəxsi heyətin qərarları barədə eşitdim", - Ukrayna lideri deyib.
Qeyd edək ki, martın 3-də Zelenski bildirib ki, Sırski orduda istənilən kadr qərarlarına görə kart-blanş alıb.
Bundan əvvəl "Vaşinqton Post" xəbər vermişdi ki, ölkə rəhbərliyi səfərbər edilmiş 700 min vətəndaşın harada olduğunu və nə etdiklərini izah edə bilməyib. Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyinin işə qəbul üzrə səlahiyyətli nümayəndəsi Aleksey Bezhevetsin sözlərinə görə, ölkə qoşunlarında kadr, sursat, silah və mərmi çatışmazlığı var.
Turan İSMAYIL