Fransa Ukraynaya əsgər göndərəcək? - Makron AÇIQLADI
"Fransa yaxın vaxtlarda Ukraynaya hərbi personal göndərməyi düşünmür".
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, heç bir şey istisna edilmir.
“Bu o demək deyil ki, biz Fransa qoşunlarını yaxın vaxtlarda Ukraynaya göndərməyi düşünürük, ancaq müzakirə açırıq və Ukraynaya, xüsusən də Ukrayna ərazisinə dəstək olmaq üçün edilə biləcək hər şeyi düşünürük”, - Makron bildirib.
Yusif EYVAZLI