Polşa və İsveçrə mühüm müqavilə imzaladı: 1,5 milyard dollara...

 19:37 04.03.2024     237

"Polşanın Silahlanma Agentliyi İsveçdən təxminən 1,5 milyard dollara bir neçə min tank əleyhinə qumbaraatan alacaq".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib.

"Biz indicə çox mühüm müqavilə imzaladıq. Satınalmadan sonra Polşa silahlı qüvvələri İsveç istehsalı olan tank əleyhinə qumbaraatanları alacaq, bunun üçün biz 6,5 milyard zloti (təxminən 1,5 milyard dollar) ayıracağıq”, - Polşa müdafiə departamentinin rəhbəri mətbuat konfransında qeyd edib.

Nazirin sözlərinə görə, müqaviləyə Polşa hərbçiləri üçün təlim də daxildir.

Yusif EYVAZLI