"Apple" yenidən cərimələndi
Avropa Komissiyası (AK) musiqi xidmətləri bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyi üçün "Apple"ı 1,95 milyard dollar cərimələyib.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Komissiya bildirib ki, ABŞ korporasiyası proqram tərtibatçılarına "iOS" istifadəçilərini proqramdan kənar abunə ödənişlərinin alternativ və daha ucuz variantları barədə məlumatlandırmaq icazəsi verməyib. Tərtibatçılar həmçinin alternativ satınalma variantları olan saytlara tətbiqdaxili keçidlər yerləşdirə və ya digər ödəniş variantları barədə məlumat vermək üçün yeni istifadəçilərlə e-poçt vasitəsilə əlaqə saxlaya bilməzdilər.
Yusif EYVAZLI