Köpəkbalığı 11 yaşlı qıza hücum etdi

 20:39 04.03.2024     267

ABŞ-də köpəkbalığı sörfinqlə məşğul olan 11 yaşlı qıza hücum edib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Gənc sörfçü sahil yaxınlığında gəmiyə minərkən yırtıcı balıq ona hücum edərək sol ayağını dişləyib. Zərərçəkən özü sahilə çıxa bilib. Bundan sonra o, təcili yardım həkimlərinə təhvil verilib.

Həkimlər onu müayinə edib və yaranın həyati təhlükəsi olmadığı qənaətinə gəliblər. Bundan sonra qızın valideynləri onu xəstəxanaya aparmaqdan imtina ediblər.

Yusif EYVAZLI