ABŞ İsrailə hərbi dəstək verməyə davam edəcək
ABŞ ötən il oktyabrın 7-də radikal Həmasın hücumundan sonra humanitar qanunlara əsasən özünümüdafiə hüququna malik olduğu üçün İsrailə hərbi dəstəyini davam etdirmək niyyətindədir.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu mövqeyin dəyişməzliyini Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə jurnalistlərə təsdiqləyib.
"Biz oktyabrın 7-də baş verən hücumların bir daha təkrarlanmaması üçün İsrailin hərbi kampaniyasını dəstəkləməyə davam edirik", - Miller bildirib.
Yusif EYVAZLI