ABŞ sərhədə 80 min əsgərin köçürülməsinə çağırdı

 10:13 05.03.2024     169

Amerika hakimiyyəti ABŞ-nin cənub sərhədini miqrantlardan qorumaq üçün minlərlə hərbçi göndərməlidir.

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor, "X" sosial şəbəkəsində yazıb.

Makqreqor Amerika hakimiyyətini ABŞ sərhədlərini qorumağa çağırıb.

“Cənub sərhədlərini qorumaq üçün hazırda 70-80 min hərbçi köçürmək lazımdır”, - o vurğulayıb.

Makqreqora görə, müharibə ABŞ-nin indi ehtiyac duyduğu ən son şeydir.

Humay İSGƏNDƏRLİ