İranda güclü zəlzələ oldu
İranın cənub-şərq bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 13 min nəfər əhalisi olan Fanuc şəhərindən 50 kilometr şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.