Zaxarova səfirləri kəskin tənqid etdi: "Onların bizim ölkədə nə işi var?"
Avropa İttifaqı ölkələrinin Moskvadakı səfirləri özlərini tamamilə gözdən salıblar və cəmiyyət onların Rusiya Federasiyasında qalmasının məqsədəuyğunluğu məsələsini gündəmə gətirir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Gənclər Festivalı çərçivəsində TASS-a müsahibəsində deyib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, o, Avropa İttifaqı ölkələrinin səfirlərini Rusiya prezident seçkiləri öncəsi dəqiqləşdirmə üçün görüşə dəvət etsə də, planlaşdırılan tədbirə iki gün qalmış onlar bundan imtina ediblər. "Bu sualın yaranması bizim təşəbbüsümüz deyildi, bu sualı verən biz deyilik. Bu halları Sergey Lavrovdan öyrənən bizim ictimaiyyətdir, sual verməyə başlayan ictimaiyyətdir. Onların bizim ölkədə nə işi var?”, - deyə Zaxarova Aİ səfirlərinin ölkədən çıxarılması ehtimalı ilə bağlı sualı cavablandırıb.
“Düşünürəm ki, nəticələr çıxarılacaq və mən şübhə etmirəm ki, onlar həm ölkə daxilində, həm də xaricdə özlərini tamamilə nüfuzdan salıblar”, - diplomat vurğulayıb.
O qeyd edib ki, bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev festivaldakı çıxışında bu məsələ ilə bağlı çıxış edərək, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə görüşdən imtinaya ölkədən qovulmaqla cavab verməyə çağırıb.
"Mən daha çox demək istəyirəm - əslində, onların vətəndaşları, öz ölkələrinin vətəndaşları sual verməlidirlər, onsuz da siz (Aİ diplomatları - red.) Rusiyada nə edirsiniz? Tədbirlərdə yalnız öz zövqünüzə görə iştirak edirsiniz? Siz ancaq anti-Rusiya yönümlü tədbirlərdə iştirak edirsiniz? Bunu sizə kim həvalə edib? Bu nə cür vəhşi seçimdir? Bir növ ağıllı seçim olsa yaxşı olardı. Amma bu, Rusiya əleyhinədir, bu, axmaqlıqdır, təmsil etdikləri ölkələrin, xalqların maraqlarına uyğun gəlmir”, - Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi qeyd edib.
O, səfirin “öz zövqünə və öz fikrinə görə maraqlı olan tədbirlərdə” iştirak edə bilməyəcəyini, ancaq ölkəsini “bütövlükdə” təmsil etdiyini vurğulayıb. "Xarici İşlər Nazirliyinə səfir dəvət olunanda, bu, onun şəxsi seçim məsələsi deyil. Getsin, ya getməsin. Maraqlı görünür, ya da maraqlı görünmür. Bu funksionaldır, bu, onun funksiyasıdır. Gəlib ölkəsinə çatdırmalı olduğu məlumatı almalıdır”, - deyə Zaxarova əlavə edib.
Turan İSMAYIL