"İsveç və Finlandiyanın NATO-ya daxil olması gərginlik riski daşıyır"

 17:31 05.03.2024     218

"İsveç və Finlandiyanın NATO-ya daxil olması Arktikanın daha da hərbiləşdirilməsinə gətirib çıxara bilər ki, bu da gərginlik riski daşıyır".

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov deyib.

“Eyni zamanda nəzərə almamaq olmaz ki, Finlandiya və İsveç alyansa qoşulduqdan sonra Rusiyadan başqa Arktika Şurasında iştirak edən bütün ölkələr Şimali Atlantika blokunun üzvü olublar. Bu, təbii ki, daha da artıma, yüksək enliklərdə hərbi-siyasi gərginliyin artması riski daşıyan Arktika regionunun hərbiləşdirilməsində səbəb ola bilər”, - deyə o bildirib.

Humay İSGƏNDƏRLİ