Türkiyədə daha bir zəlzələ
Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.
Bildirilib ki, vilayətin Datça rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 12.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.