"2050-ci ilə qədər 140 milyondan çox insan miqrasiya etməyə məcbur olacaq"

 22:23 05.03.2024     225

"2050-ci ilə qədər iqlim dəyişikliyi 140 milyondan çox insanı miqrasiya etməyə məcbur edəcək".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu Dünya Bankının məlumatlarına istinadən İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti Andrey Boziç bildirib.

"Afrika, Cənubi Asiya və Latın Amerikasında milyonlarla insan məcburi miqrantlara çevrilməli olacaq. Qarşıdan gələn hava fəlakətləri əkin sahələrinin itirilməsinə, ərzaq və su uğrunda ciddi rəqabətə və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olacaq. Dəniz səviyyəsinin qalxması səbəbindən sahilyanı ərazilər deqradasiyaya başlayacaq. Müharibədən əziyyət çəkən inkişaf etməkdə olan ölkələr iqlim dəyişikliyi səbəbindən daha da yoxsullaşacaq", - Boziç qeyd edib.

Avropa Təhlükəsizlik İnstitutunun araşdırmasına görə, 2019-cu ildə təbii fəlakətlər 24 milyondan çox insanı məcburi mühacirətə məcbur edib.

Yusif EYVAZLI