Kipirin XİN başçısı İrəvana səfər edəcək

 23:03 05.03.2024     185

Martın 6-7-də Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos Ermənistanda rəsmi səfərdə olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Martın 7-də Ermənistan və Kiprin xarici işlər nazirlərinin görüşü baş tutacaq daha sonra isə xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, bundan öncə Fransa və Yunanıstan müdafiə nazirləri Ermənistana səfər edib.