ABŞ-də "TikTok"u qadağan edən qanun layihəsi hazırlandı
ABŞ Konqresinin Nümayəndələr Palatası "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "The Hill" məlumat yayıb.
“Amerikalıları xarici təcavüzkarlar tərəfindən idarə olunan proqramlardan qorumaq haqqında” layihənin müəllifləri respublikaçı Mayk Qallaqer və demokrat Raca Krişnamurtidir.
Sənəddə bildirilir ki, "TikTok" “xarici düşmənlər” tərəfindən idarə olunur və ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.
Qanun layihəsi qəbul olunarsa, "TikTok"un sahibi olan ByteDance korporasiyası "TikTok"u satmaq məcburiyyətində qalacaq və ya sosial şəbəkə ABŞ-də qadağan ediləcək. Qeyd olunur ki, qanun layihəsi həm də səlahiyyətlilərə “xarici düşmənlər” tərəfindən idarə olunan digər platformaları qadağan etməyə imkan verəcək. Nəşrin məlumatına görə, bunlara Çin, Rusiya, Şimali Koreya və İran daxildir.
Həmidə İBRAHİMLİ